`Metsamorda qəza bütün Ermənistanı məhv edə bilər` – MÜSAHİBƏ

`Metsamorda qəza bütün Ermənistanı məhv edə bilər` – MÜSAHİBƏ
  26 Dekabr 2016    Oxunub:10510
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Milli Nüvə Tədqiqatlari Mərkəzinin sədri Adil Qəribov AzVision.az-a müsahibəsində Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhlükələri şərh edib.

- Bu stansiyanın əsas təhlükəsi nədədir?

- Əslində dünyada “Metsamor”dan da köhnə reaktorlar var. Almaniyada, Yaponiyada 70-80-ci illərdən qalan 40-a qədər reaktor işləyir. Amma burada başqa amillər də nəzərə alınmalıdır. Əvvəla, Ermənistan seysmik zonada yerləşir, orada 9 ballıq zəlzələ riski var.

İkincisi, belə bir zonada reaktoru işlədən ölkənin iqtisadi durumu da çox ağırdır. Dediyim dövlətlər stasiyalarını təhlükəsizlik məqsədilə tamamilə yenidən qurublar. Ermənistanın isə belə bir imkanı yoxdur. Buna görə də hesab edirəm ki, Ermənistanın bugünkü ağır vəziyyətində Metsamor AES-in işləməsi cinayətdir. Birinci elə erməni xalqına qarşı cinayətdir. Çünki əgər qəza olsa, Ermənistanın ərazisi tamamilə örtüləcək. Biz hesablama aparmışıq, bu halda Ermənistanın bütün ərazisi məhv olacaq.

2014-cü ildə Ermənistanın Nazirlər Kabinetində reaktorun ömrünün daha on il uzadılması ilə bağlı qərar veriləndə MAQATE ermənilərə şərt qoydu ki, reaktor onların tələblərinə uyğun olaraq yenidən qurulmalıdır. Bunun üçün 40-50 milyon dollar tələb olunurdu. Ermənistan həmin pulu tapa bilmədi. Fransa və Rusiayaya yalvarıb kretdit istəyirdi. Fransa vermədi. Rusiya isə həmin krediti ayırdı ki, reaktor bərpa olunsun.

Atom enerjisindən istifadə etmək üçün ölkənin imkanı olmalıdır, o quruğunun təhlükəsizliyini təmin edəcəyinə dair beynəlxalq aləm qarşısında öhdəlik götürməlidir. Biz də bu gün Atom Elektrik Stansiyası və ya Tədqiqat Nüvə Reaktoru açası olsaq, dövlətimiz MAQATE qarşısında öhdəlik götürəcək. Ermənistan bu öhdəliyə əməl edə bilirmi? Əlbəttə, bilmir.

- Metsamorda hansısa qəzanın regiona nə kimi təsirləri ola bilər?

- Ermənistan özü bir yana, bölgəni pis vəziyyətə salacaq. Bizim içməli su ehtiyatımızın 70-80 faizi başqa ölkələrin hesabına formalaşır. Həmin su zəhərlənə bilər. Yaxud, “Metsamor” Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Əgər qəza olarsa, qardaş Türkiyənin ərazisi də pis vəziyyətə düşəcək. Ona görə, Türkiyə həmin sərhəd zonasında bir-birindən 50 metr aralı ötürücülər qurub ki, daimi olaraq şüalanma, çirklənmə ilə vəziyyətə nəzarət edə bilsin.



90-cı illərdə Litvanı Avropa Birliyinə qəbul edəndə orada Atom Elektrik Satansiyası vardı. Bu, SSRİ-nin ən son və müasir texnologiya ilə tikdiyi stansiya idi. AB şərt qoydu ki, həmin stansiya dayandırılmalıdır. O dövrdə məni də ora dəvət etmişdilər. AES-in rəhbəri ağlayırdı, deyiridi ki, bizim ölkənin bu cür enerji mənbəyini bağlayırlar. O məntiqlə ki, həmin ən müasir reaktor onlara təhlükə yarada bilər. Ermənistanda isə həmin reaktordan 20-30 il köhnə qurğunun fəaliyyətini dayandırmırlar ki, Ermənistan enerji blokdasına düşə bilər.

Halbuki, Ermənistanın enerji təminatı üçün kifayət qədər mənbələləri var. İran hər il onlara 7-8 milyard kubmetrə qədərə qaz verir. Hətta indi yeni razılaşmalar da imzalayıblar. Ermənilərin su və istilik elektrik stansiyaları da var. Onlar bütün ölkənin enerji təminatını həyata keçirə bilər. Amma Ermənistan istəmir.

- Niyə İstəmir?

- Çünki Ermənistan istənilən vaxt o nüvə prosseslərini özünün stareji məqsədləri üçün istifadə edə bilər. Bu saat ermənilərin su altında soyudulan anbarında 40 tona yaxın nüvə materialı var. Müharibə zamanı onu bizim su ehtiyatımıza, ərazilərimizə atsalar, bəs edər. Ermənilərin bu niyyətlərini keçən il hər kəs gördü. Onların keçmiş müdafiə naziri bildirdi ki, çirkli bombaları, atom silahları var. Görün, nə qədər azğınlaşıblar? Bu, beynəlxalq təşkilatlara əsas verir ki, stansiyanın fəaliyyətini dayandırsınlar. Çünki Ermənistan təcavüzkar ölkədir, başqa dövlətin 20 faiz ərazisini zəbt edib.

- MAQATE-nin sahədəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Həmin stansiyada MAQATE-nin yoxlaması bu il yekunlaşdı. Yoxlamanın ilkin hesabatı məndə var. Ermənistanla MAQATE arasındakı müqaviləyə görə, həmin hesabat gizlidir. Amma mən onu əldə etdim. Orada çoxlu çatışmazlıqdalar qeyd olunub. Və bildirilib ki, “Rosatom”-dan mütəxəssislər gəlib, bütün problemləri aradan qaldırıblar.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti