Şaxtalı havada bunları etmək olmaz! - Faydalı məlumat
Qarlı və şaxtalı havada özümü necə qoruyaq?
Qarlı hava ətrafda xoşagələn mənzərə yaratsa da, uzun müddət bu mənzərəyə tamaşa etmək qar korluğuna səbəb ola bilər. Həkimlər bildirir ki, davamalı olaraq 6-12 saat arası qarlı havada gəzmək gözlərin işığa qarşı həssaslaşmağına və qar korluğuna səbəb ola bilir. Bunun səbəbi günəşin ultrabənövşəyi şüalarının qar və buz üzərində əks olunaraq gözə ziyan vurmağıdırı. Ona görə də ilk növbədə qarlı havada qoruyucu eynəklərdən istifadə etmək lazımdır.
Xəstəliyin əlamətlərinə gəlincə, bunun ilkin əlaməti gözlərdə qum dənələri olduğunu hiss etməkdir. Daha sonra xəstə gözündə ağrı hiss edir, işığa qarşı hədsiz dərəcədə həssaslaşır və gözündən dayanmadan yaş gəlir. Yavaş-yavaş gözün görmə qabiliyyəti azalır.
İlk növbədə qeyd edək ki, belə olanda gözləri ovuşdurmaq olmaz. Xəstəlikdən müalicə olunmaq üçün gözün su ilə yuyulması və göz yaşının reabilitasiyası lazımdır. Göz qapaqlarının üzərinə kompres qoymaq da məsləhətdir.
Qarlı və buzlu havada soyuqdan qorunmağın qalın geyinməkdən başqa bir yolu isə yaxşı qidalanmaqdır. Çünki bəzi qidalar insan bədənində enerjini artırır, üşüməyin qarşısını alır. Bunlar ət, balıq və süddür. Yaxşı qidalanmağı bədəni isti saxladğına görə belə havada pəhriz saxlamaq, ac qalmaq məsləhət görülmür. Evdən çıxmazdan əvvəl və ya çöldən evə gələndə isinmək üçün südlü çay içmək məsləhətdir. Buzlu havada ağızla nəfəs almaq, bərkdən danışmaq və qaçmaq olmaz. Çünki həddən artıq soyumuş selikli qişanın qoruyucu xüsusiyyətləri azalır və belə olan halda çox asanlıqla soyuqdəymə olur. Həkimlərin fikrincə, əsəbi insanlar daha tez üşüyürlər.
Soyuq havada spirtli içkilər digər günlərdən daha pis təsir edir. Belə ki, alkoqol çox miqdarda istilik itkisinə səbəb olur. Bunaunla yanaşı aldadıcı istilik illüziyası yaradır. Həmçinin donmanın əlamətlərinə diqqətin toplanmasına mane olur. Qarlı havanın yaratdığı başqa bir xəstəlik isə üz iflicidir. Üz iflici isti yerdən soyuq havaya çıxanda baş verir. Bunun ilkin əlamətləri qulaq arxasında ağrı, üzdə keyimə, ağız kənarlarında quruma və s.dir. üz iflicindən qorunmaq üçün mümkün qədər sifəti soyuqdan qorumaq lazımdır.
Qarlı və bulu havaya qarşı ən həssas insanlar qocalar və uşaqlardır. Belə havalarda qocaların, uşaqların və xəstə adamların mümkün qədər çölə çıxmamağı məsləhtdir. Yaşlıların donma riski daha yüksəkdir. İnsan necə donur? Donmanın ilkin səbəbi bədəndə tempraturun aşağı enməsidir. İnsan bədənin normal tempraturu 36.5 dərəcədir. Bu tepmeratur 34 dərəcəyə enəndə qan dövranı dayanmağa başlayır. Nəticədə yavaş-yavaş orqanlar ölür. Donmanın ilkin əlamətlərindən biri görmə qabiliyyətinin zəifləməyə başlamağıdır.
Bundan başqa insan donmağa başlayanda qulaqlarda uğultu, əzələlərdə zəiflik, halsızlıq, tez-tez əsnəmək, diqqətin yayınması və bədəndə səssizlik yaranır. Əgər insanda bu əlamətlər üzə çıxırsa, həmnin adamı qoruna biləcəyi isti yerə aparmaq, üstünü örtmək və bədəninə masaj eləmək lazımdır.
AzVision.az