Ayda `həyat izi` aşkarlandı – 2,5 milyard illik sirr
AzVision.az xəbər verir ki, bu barədə “Nature Astronomy” jurnalında araşdırma yazı dərc olunub.
Mütəxəssislər Yaponiya peyki olan SELENE (Selenological and Engineering Explorer) vasitəsilə əldə olunan məlumatları analiz ediblər. Peyk ay reqolitendə bir neçə mikron dərinlikdə oksigen qazı olduğunu müəyyənləşdirib.
Oksigen qazı Yer planetinin atmosferindən ora təxminən 2,5 milyard il əvvəl daxil olmağa başlayıb. Məhz həmin ərəfələrdə Yer planetində bu qaz əhəmiyyətli dərəcədə formalaşmağa başlayıb.
Araşdırma müəllifləri vurğulayırlar ki, bununla da Ay yerin qədim materiyasını saxlaya bilib.
Qeyd edək ki, SELENE peyki 14 sentyabr 2007-ci ildə havaya buraxılıb və öz fəaliyyətini 10 iyun 2009-cu ildə dayandırıb. Qurğu Yaponiya tərəfindən Aya buraxılan ikinci peyk olub. Missiyanın əsas hədəfi peykin mənşəyi və onun səthinin quruluşlarını öyrənmək olub.
Eldar Tanriverdiyev
AzVision.az