Gənc alimlər üçün yeni müsabiqə
Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulub. 1-ci yer 1500 manat (1 mükafat), 2-ci yer 1000 manat (2 mükafat), 3-cü yer 500 manat (3 mükafat) mükafat alacaq. Mükafat müsabiqəsində AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, maliyyə-kredit sistemindəki təşkilatlardan, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən sənədlərin təqdim olunma gününədək yaşı 35 və ya 35-dən aşağı olan, əlaqəli sahədə ali təhsilli (ən azı magistr dərəcəsinə malik olan) gənc alim və mütəxəssislər bərabər əsaslarla və şəffaflıq qorunmaqla iştirak edə bilərlər.
Məqalənin sonunda və ya əvvəlində “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim etmək üçün dərc olunur” qeydi verilməlidir. Müsabiqəyə sənədlər 12 fevral tarixindən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü 25 aprel saat 17.00-dir. Nəticələr 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanacaq, xüsusi təqdimat mərasimində mükafatlar təqdim ediləcək.
AzVision.az