Siyəzəndə kütləvi zəhərlənmə olub

Siyəzəndə kütləvi zəhərlənmə olub
  23 Avqust 2013    Oxunub:1455
Siyəzəndə kütləvi zəhərlənmə baş verib. Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonunda kütləvi zəhərlənmə baş verib.
Bu gün səhər saat 9:30 radələrindən etibarən Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə 50 nəfərdən çox insan ürəkbulanma, qusma və yüksək hərarət şikayətləri ilə müraciət edib. Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinin növbətçi həkimi Mənsurə Ağayevanın RTV-yə verdiyi məlumata görə xəstələrə qida zəhərlənməsi diaqnozu qoyulub. Günün sonunadək xəstəxanaya müraciət edənlər arasında 15 nəfər 1 yaşdan 14-15 yaşadək uşaqlar olub.

Xəstələr Terapiya, Cərrahiyyə, reanimasiya və pediatriya şöbələrində yerləşdirilib. Onların vəziyyətinin orta olduğu bildirilir. Zərəçəkənlərin bildirdiyinə görə onlar dünən Siyəzəndə yerləşən "Çıraqqala" şadlıq sarayında toy məclisində olublar. Qida zəhərlənməsinin də "Paytaxt salatı"ndan baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, zərəçəkənlərin bir hissəsi Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Teqlər:





Xəbər lenti