Qoca saxtakar Şahin Mirzəli: O, əslində kimdir: müsavatçı, separatçı, erməni agenti, yoxsa hamısı?

Qoca saxtakar Şahin Mirzəli: O, əslində kimdir: müsavatçı, separatçı, erməni agenti, yoxsa hamısı?
  13 Fevral 2017    Oxunub:38003
Bu günlərdə Ermənistan saytlarında belə bir məlumat yayıldı ki, Azərbaycan vətəndaşı, “Talış Mədəniyyət Mərkəzi”nin Şura üzvü, “Talış Azadlıq Hərəkatı”nın iştirakçısı, “Talışi Sado” qəzetinin əməkdaşı Şahin Mirzəli Azərbaycanda “milli-dini ayrı-seçkiliyə məruz qaldığını” əsas gətirərək Ermənistan tərəfindən sığınacaq alıb.

Əlbəttə, bunun son zamanlar bir çox tanınmış erməni hüquq müdafiəçilərinin, ictimai fəalların Azərbaycan hökumətinə sığınacaq almaq üçün artan müraciətlərinə Ermənistan tərəfinin guya cavab olaraq hazırdığı gün kimi aydındır. Bəs kimdir Ermənistan xüsusi xidmət orqanlarının tamaşasında iştirak edən “aktyor” Şahin Mirzəli?

“Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilova deyirəm ki, boli, mən bu Mərkəzdə yüksək vəzifə tuturam. Mərkəzin “peçat”ın müvəqqəti ver mənə, girişim arayış alverinə, batabatdır, bir az pul qazanaq. Paxıllığından vermir ki, nə var-nə var, mən pul qazanıb irəli gedərəm”. Bu statusu o, “Shahin Mirzali” adı ilə açdığı şəxsi facebook səhifəsində 2015-ci ilin iyunun 25-də yazıb.



Təkcə bu fikirlər indi onun atdığı addımı tam izah etməyə yetərlidir. Ancaq gəlin bu qoca saxtakarla daha yaxından tanış olaq. O, 2016-cı ilin oktyabrın 14-də uşaqların doğum haqqında şəhadətnaməsini necə saxtalaşdırmaq yolları barədə valideynlərə “məsləhət” verir. Deyir ki, uşaq dekabrın 31-də doğulubsa, bu faktı gizlədin, doğum şəhadətnaməsini növbəti ildə alın, vaxtilə özü bunu etmədiyindən peşmançılıq çəkir. Həm də bunu elə sadəlövhlüklə bildirir ki, sanki doğum faktını gizlətmək bu qədər asan işdir.



Etnik mənsubiyyətcə özünü “talış” kimi təqdim edən bu şəxsin həqiqətən talış olması da şübhəlidir. Sosial şəbəkələrdə onun “ata-babası”nın vaxtilə İrəvandan İrana köç etdiyi, oradan Azərbaycana gəlib çıxdığı bildirilir.



Bu suallara cavab verə bilməyən “Talış Mədəniyyət Mərkəzi” adlı oyuncaq qurumun sədri Rafiq Cəlilov Şahin Mirzəlinini təşkilatının “İdarə Heyətinin üzvü” edərək, təşkilatının “peçat”ını tapşırdığı adamı indi az qala tanımadığını deməklə özünü təmizə çıxarmağa çalışır. Bildirir ki, tezliklə onun təşkilatda qalıb-qalmaması məsələsinə baxılacaq.



Daha bir özünü təmizə çıxarmaq istəyən Müsavat Partiyası, Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. İndi məlum olur ki, Müsavatın “Məhsul” stadionuna pulla cəlb edilmiş “milli düşüncəli” şəxslərdən biri də həmin bu, Şahin Mirzəlidir.



Onun Müsavat Partiyasının uzun illərdir üzvü olduğunu, “müsavat fəalı” olduğunu danmaq indi sadəcə, mümkünsüzdür.



Özü də bu, həmin Şahin Mirzəlidir ki, Müsavat Partiyasının “az qala monopoliyaya almaq istədiyi” tarixi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadəni hər yerdə, o cümlədən İsa Qəmbərin yanında açıq şəkildə təhqir etmişdir.



Şahin Mirzəli Əlikram Hümbətovun qatı tərəfdarlarından, əlaltılarından biridir. Hər yerdə onun fikirlərini təbliğ etməkdən yorulmamışdır.



Sonradan Şahin Mirzəli İsa Qəmbəri tərk edib. Ancaq buna görə Əlikram Hümbətovun “sağ əli”, indi Hollandiyaya qaçmış separatçı Ataxan Əbilov tərəfindən buna görə məzəmmət də olunub. Söz-söhbət hətta sosial şəbəkələrdə də gedib. Çünki İsa Qəmbər milli xain və satqınların əzəli dostudur. İsa Qəmbərin bu cür şəxsləri öz ətrafına toplaması birinci hal deyil.



Şahin Mirzəli “Talışıstan” arzularını da gizlətməmişdir. Ermənistana keçməzdən bir neçə gün əvvəl bu qoca saxtakar bu dəfə “Talışıstanın bayrağı”na bürünüb.



İlk gündən onun müdafiəsinə qalxan isə “Zabil Maqerramov” olub.



Zabil Medoj (Məhərrəmzoda) isə Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış, İrəvandan yayımlanan “Talış Milli Televiziyası”nın əsas simasıdır.



Əlavə şərhə ehtiyac yoxdur. Siyahını uzatmaq da olardı, ancaq “görünən dağa bələdçi lazım deyil”. Dağ da bir dağ ola.. İndi dığaların yanında Şahin Mirzəli rahatdır yəqin. Heç narahat da olmasın, onun heç bir hərəkəti Azərbaycanda hər hansı təsir gücünə malik deyil, illah da onu hamıdan yaxşı tanıyan Azərbaycandakı talışlar üçün.

AzVision.az






Teqlər:  





Xəbər lenti