Elm dünyasına yeni Eynşteyn gəlir

Elm dünyasına yeni Eynşteyn gəlir
  04 Aprel 2017    Oxunub:3038
AzVision.az xəbər verir ki,Harvard universitetinin fizika fakultəsinin aspirantı olan Sabrina Gonzales Pasterski haqda dünyanın yeni Eynşteyni olaraq bəhs edilir. O,da Albert Eynşteyn kimi qara dəliklər, yerin cazibə qüvvəsi ilə kosmik zamanın xüsusiyyətləri ilə məşğul olur.
23 yaşındakı bu gənc fizik günümüzün ən müvəffəq alimi kimi tanınır. Kuba əsilli amerikalı bu qadın əfsanəvi MIT-dən (Massachusetts Institute of Technology) 5.0 ortalama və ''Physics Orloff Scholarship'' təqaüdü ilə məzun olub. O, bu göstəricilərlə MIT-dən məzun olmuş ilk qız tələbədir.

14 yaşında ikən öz əlləri ilə təkbaşına birmotorlu təyyarə quraşdıran və onunla Çikaqo səmalarında uçan Sabrina, kainatın bəzi qaranlıq sirrlərini açmağa çox yaxındır.

Sabrina smart telefondan istifadə etmir, onun nə Facebook, nə də Instagram hesabı yoxdur.

İbrahim Nəbioğlu


Teqlər: #Elm   fizika  





Xəbər lenti