Rusiya Ermənistanda hərbi təlimlər keçirir - VİDEO

Rusiya Ermənistanda hərbi təlimlər keçirir - VİDEO
  19 Aprel 2017    Oxunub:4360
Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb. AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
Onun sözlərinə görə, hərbçilər, “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.

Təlimlər zamanı mürəkkəb şəraitdə daima dislokasiya olunan hava və yerüstü hərbi obyektlərin yerdəyişməsi həyata keçiriləcək. Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.

Vadim Astafyev, həmçinin əlavə edib ki, bu gündən Rusiya Xəzər donanmasının hissələrinin qış dövrü üçün son yoxlaması başlayıb, donanmanın bir hissəsi yüksək döyüş hazırlığına gətirilib. Yekun yoxlama donanma komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi altında başlanılıb və yoxlamalara Həştərxan və Mahaçqala qarnizonlarında yerləşən hərbi hissələr və birləşmələr cəlb edilib.

Sahil bölmələrindən əlavə, gəmi birləşmələrinin – “Tatarıstan” və “Dağıstan” raket gəmilərinin, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçqala” kiçik raket və artilleriya gəmilərinin hazırlığı yoxlanılır.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Təlim  





Xəbər lenti