70 yaşında evlənmək olar? - "Vallah, ayıbdır..." (VİDEOSORĞU)

70 yaşında evlənmək olar? - "Vallah, ayıbdır..." (VİDEOSORĞU)
  21 Aprel 2017    Oxunub:28699
Azərbaycanda 60 yaşdan sonra evlənən insanların sayı açıqlanıb. Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, qadınlarda 21, 70 yaşdan yuxarı kişilərdə 38 nikah, qadınlarda isə 5 nikah qeydə alınıb.
Təəssüf ki, yaşlı insanların evlənməsi bir çox hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanmır. "Bu yaşdan sonra evlənmək olar?! deyə fikirləşənlər heç də az deyil. Belə düşüncəli insanlara daha çox bölgələrdə rast gəlmək olar. Şəhərdə isə mənzərə bir qədər fərqlidir.

AzVision.az bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

"Yaşlı insanların evlənməsinə necə baxırsınız?" sualına respondentlərin cavabı müxtəlif olub: “Sevgi azaddır, sevginin yaşı yoxdur”, “Vallah, ayıbdır, oturub evdə nəvə-nəticələri ilə məşğul olsunlar”.

Maraqlıdır ki, 80 yaşının olduğunu deyən şəhər sakini yarı zarafat, yarı ciddi bu yaşda evlənmək istədiyini gizlətməyib.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov


Teqlər: Evlilik   Sorğu   Bakı  





Xəbər lenti