Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır
Cənub zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayondlarında 9-cu sinif şagirdlərinin 47,21 faizi qızlar təşkil edirsə, 11-ci sinif şagirdlərinin arasında bu göstərici 40,81 faizdir.
11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Cənub rayonlarında bu azalmanın əsas səbəbi region üçün xarakterik olan erkən nikahlardır.
Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərin göstəricilərinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları yüksəkdir. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstəririr.
Aytən Zəhra
AzVision.az
Teqlər: DİM İmtahan Məktəb Şagird