DYP: 40 manatlıq qadağa mayın 5-dən qüvvəyə minəcək (VİDEO)

DYP: 40 manatlıq qadağa mayın 5-dən qüvvəyə minəcək (VİDEO)
  01 May 2017    Oxunub:11918
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa bu gündən yox, mayın 5-dən qüvvəyə minəcək.
Bu barədə AzVision.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sarı rəngli bütöv xətlərlə çəkilmiş və idman oyunlarının keçirildiyi istiqamətlər üzrə hərəkət yalnız təşkilat komitəsinin təyin etdiyi avtomobillər üçün nəzərdə tutulub.

“Mayın 5-dən xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə olunacaqlar”.



Qeyd edək ki, "Oyunlar zolağı"nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Polis   Cərimə  





Xəbər lenti