Azərbaycan İslamiadada rekorda imza atıb - FOTOLAR (VİDEO)

Azərbaycan İslamiadada rekorda imza atıb - FOTOLAR (VİDEO)
  01 May 2017    Oxunub:5378
Mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin 3 minədək idmançısı 20 idman növündə mübarizə aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunlarına həsr olunmuş “Gücümüz birliyimizdədir” mövzusunda keçirilən konfransda deyib.

Nazir diqqətə çatdırıb ki, 10 gündən sonra Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. “Biz dəfələrlə yüksək səviyyəli idman, mədəniyyət tədbirlərinə, forumlara ev sahibliyi etmişik. Azərbaycanda bütün sahələrdə olduğu kimi idmanda da inkişaf yüksək səviyyədədir. İslam Həmrəylik Oyunları müsəlman ölkələri arasında məkdaşlığın inkişafına kömək edəcək”.



A.Rəhimov qeyd edib ki, 20 idman yarışı 17 idman obyektində keçiriləcək. “57 ölkə artıq idman yarışında iştirak etmək üçün təsdiqini verib. Bu rekord göstəricidir. İdmançılarla yanaşı, 1000-dən çox komanda rəsmisi, 1000-dən çox texniki nümayəndələr də gələcək. Yemək, nəqliyyat, təhlükəslizlik məsələləri yüksək səviyyədə təmin olunub. Oyunlar çərçivəsində 165 yarışa tamaşa etmək üçün 500 mindən çox bilet satışa verilib”.



Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə tədbirdə bildirib ki, yarış təkcə Azərbaycan üçün deyil, bütün islam dünyasının tarixində əhəmiyyətli rol oynayacaq.











Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti