AMEA-nın vitse-prezidenti məlum oldu - Nəticələr açıqlandı
AMEA-nın mayın 2-də keçirilən ümumi yığıncağında AMEA-nın həqiqi üzvlüyünə 16, müxbir üzvlüyünə isə 25 nəfər seçilib.
Bu gün, həmçinin AMEA-nın vitse-prezidenti və qurumun İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə görə, AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib.
AzVision.az
Teqlər: AMEA