"Polad Bülbüloğlu UNESCO-nun müsahibəsindən keçib" - Səfir (VİDEO)

"Polad Bülbüloğlu UNESCO-nun müsahibəsindən keçib" - Səfir (VİDEO)
  04 May 2017    Oxunub:3454
"Polad Bülbüloğlunun UNESCO-nun baş direktorluğuna namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək qurumun müvafiq orqanlarına təqdim edilib". AzVision.az xəbər verir ki, bunu Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov deyib.
Kərimov qeyd edib ki, İcraiyyə Şurasında artıq ilkin müsahibələr keçirilib: "Bütün namizədlər sorğu-sual edilib. Polad Bülbüloğlu da həmin müsahibədən keçib və İcraiyyə Şurası üzvlərinin suallarına cavab verib. Kampaniya davam edir. Bu ilin oktyabrında səsvermə keçiriləcək və namizəd Baş Konfransa təqdim ediləcək. Baş Konfrans namizədi təsdiqləyəcək".

A.Kərimov vurğulayıb ki, ölkəmiz həmişə uğurlu təşəbbüs irəli sürən zaman Ermənistan buna qarşı çirkin kampaniya aparır: "Ermənistanın təxribatlarına biz artıq öyrəşmişik. Təbii ki, Azərbaycana qarşı çirkin kampaniyaya cəhd edirlər. Amma bu əks-təbliğat bizi qarşımıza qoyduğumuz məqsəddən döndərməyəcək. Biz yolumuza davam edəcəyik".



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: UNESCO   Polad-Bülbüloğlu  





Xəbər lenti