700 bal toplayan qız: "İki il əziyyət çəkdim"(FOTO)
“Bu, mənim ən böyük uğurumdur. 700 bal toplayacağımı gözləyirdim. Bilirdim ki, bu balı toplamaq böyük diqqət və şans tələb edir. Amma mən bunu bacardım. 2 il fasiləsiz çalışdım, əziyyət çəkdim. Axırda əziyyətimin bəhrəsini gördüm”.
M.Əsədzadə fənn olimpiadasında Bakı şəhər üzrə qalib olub. Rekordçu qız sənədlərini Bakı Ali Neft Məktəbinə (BANM) verəcəyini söyləyib.
“BANM-da oxumaq istəyirəm. Artıq qərarımı vermişəm, orada təhsil alacağam. Hansı ixtisası seçəcəyimə isə qərar verməmişəm. İki ixtisas arasında qalmışam. Mənə uyğun ixtisası seçəcəyəm”.
M.Əsədzadə xaricdə oxumaq istədiyini gizlətməyib: “Sözün düzü, xaricdə oxumaq istərdim. Düşünürəm ki, bu il Azərbayxanda təhsil alıb, sonra xaricdəm davam edərəm”.
Aytən Zəhra
AzVision.az