Havanın temperaturu aşağı düşəcək

Havanın temperaturu aşağı düşəcək
  31 Avqust 2013    Oxunub:1129
Sentyabrın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 1-i axşam və 2-də Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək, sentyabrın 2-də temperatur aşağı enəcək və hava sərin keçəcək. Bu iki gündə Bakı və Abşeron yarımadasında maksimal temperatur 27-29 dərəcə isti olacaq.

Bu müddətdə rayonlarda Böyük və Kiçik Qafqaz ərazilərində, dağətəyi rayonlarda yağış olacaq. Azərbaycan ərazisində ikinci soyuq dalğası sentyabrın birinci ongünlüyünün ikinci yarısında olacaq. Bu müddətdə hava daha da soyuyacaq və kəskin keçəcək.


Teqlər:





Xəbər lenti