"Şagirdləri parta arxasına həbs etmirik" - Replə dərs keçən müəllim (Video)
Bu gün ucqarlarda müəllim çatışmazlığının hökm sürdüyü bir vaxtda gənc müəllimin belə bir addım atmasında məqsədi şagirdlərinin tarixlə bağlı xronologiyaları rahat mənimsəyə bilməsidir.
Həbib Əlizadə - Tarix müəllimi: "Tarix dərsi sıxıcı bir dərs olub. Bəzən, xoronologiya, tarixi hadisələr və s. Tarix dərsinin daha əyləncəli hala gətirmək üçün tarixi səhnəciklər, oyunlardan istifadə edirik, bu da onlardan biridi".
Həbib müəllim dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə edir. Özünün də dediyi kimi bu işdə onun ən böyük dəstəkçisi şagirdləridir.
Həbib Əlizadə - Tarix müəllimi: "Günəşli havadırsa, biz şagirdləri parta arxasına həbs etmirik, çıxıb çöldə dərs keçirik. 1 nömrəli dəstəkçim şagirdlər olduğu üçün bunlar uğurlu alınır".
İndi gənc müəllimin ən böyük istəyi gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə birgə maraqlı layihələr həyata keçirməkdir. (ARB TV)
AzVision.az
Teqlər: Müəllim