Londonda terror qurbanları arasında azərbaycanlılar da var?

Londonda terror qurbanları arasında azərbaycanlılar da var?
  04 İyun 2017    Oxunub:2973
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətindən məlumat verilb.

Məlumatda deyilir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".

Qeyd edək ki, Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: Azərbaycan   XİN   London   Terror  





Xəbər lenti