Vətəndaş huşsuz vəziyyətdə tapıldı

Vətəndaş huşsuz vəziyyətdə tapıldı
  04 Sentyabr 2013    Oxunub:1268
Giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki,Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1925-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti