Trampa qarşı cinayət işi açıldı - (VİDEO)

Trampa qarşı cinayət işi açıldı - (VİDEO)
  12 İyun 2017    Oxunub:3155
Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edərək onun konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu haqda “The Washington Post” nəşri məlumat yayıb.

Baş prokurorlar iddia edirlər ki, Tramp prezident seçiləndən sonra da bizneslə məşğul olur.

“Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” , - Karl Rasin deyib.

Şikayət Federal Məhkəmə tərəfindən təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Prokurorlar xüsusən də ötən il açılışı olan “Trump International Hotel”in fəaliyyətindən narahatdırlar. Belə ki, Qətər rəsmiləri ABŞ prezidentinin inaqurasiyası üçün “Four Seasons” otelinə sifariş versə də, sonradan fikirlərini dəyişərək “Trump International Hotel”-a getmişdilər. Anoloji addımı BƏƏ rəsmiləri də atmışdılar.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   DonaldTramp  





Xəbər lenti