Fond Belarusla elmi əlaqələri gücləndirir

Fond Belarusla elmi əlaqələri gücləndirir
  13 İyun 2017    Oxunub:1958
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ötən illərdə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə uğurlu əməkdaşlıq edib.
Fond Belarusun Azərbaycandakı səfirliyi ilə də daima ünsiyyətdə olub. 2017-ci il martın 30-da Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Elmin İnkişafı Fondunda olarkən, Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi barədə tərəflər arasında razılığa gəlinib.


Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Belarus Respublikasının Azərbaycandakı səfirliyindən Elmin İnkişafı Fonduna bu günlərdə daxil olmuş rəsmi məlumata əsasən, Elmin İnkişafı Fondunun irəli sürdüyü təşəbbüs üzrə əldə edilmiş razılaşmalar artıq reallaşdırılmaq üzrədir.


2017-ci ilin oktyabr-noyabr aylarında Minskdə tərəflərin təşkilatçılığı ilə Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1-ci konfransın davamı olaraq, 2-ci Azərbaycan-Belarus elmi konfransının keçirilməsi qərara alınıb. Konfransda birgə qrant layihələri üzə alınmış nəticələrin xüsusi müzakirəsi planlaşdırılır.

Belarus alimlərinin elmi nailiyyətlər sərgisi isə 2018-ci ildə Bakıda təşkil edilərək keçiriləcək.


Hazırda 2017-ci ildə elan olunmuş 2-ci Azərbaycan–Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə daxil olmuş layihələrin elmi ekspertizası işi həyata keçirilir və nəticələrin cari ilin sentyabr ayında açıqlanması nəzərdə tutulur.

Azərbaycan və Belarus arasında siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlıq yeni dövrün tələblərinə uyğun olaraq qurulub, müvafiq sazişlər imzalanıb, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində Azərbaycan və Belarusun fondları birgə müsabiqələr təşkil edərək keçirib.

AzVision.az


Teqlər: Azərbaycan   Belarus  





Xəbər lenti