Bakıda 18 marşrutun hərəkəti dəyişir - (VİDEO)

Bakıda 18 marşrutun hərəkəti dəyişir - (VİDEO)
  15 İyun 2017    Oxunub:8259
Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17 iyun tarixinə planlaşdırılsa da “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.

Bakı şəhərində keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisi yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə aşağıdakı marşrut xətlərində dəyişikliklər ediləcək.



- 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

- 2 nömrəli marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;

- 4 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

- 5 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. – A.Puşkin küç – 28 May küç – R.Behbudov küç. xətti ilə təşkil ediləcək;

- 6 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç. xətti ilə təşkil ediləcək;

- 8 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç. xətti ilə təşkil ediləcək;

- 14 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç. xətti ilə təşkil ediləcək;

- 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Hüseyn küç. xətti ilə təşkil ediləcək;

- 21 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. –Nobel pr. xətti ilə təşkil ediləcək;

- 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç. - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;

- 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – N.Nərimanov küç. xətti ilə təşkil ediləcək;

- 46 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;

- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – D.Əliyeva küç. - R.Behbudov küç. - S.Əsgərova küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;

- 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. – Ş.Bədəlbəyli – Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;

- 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç. - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;

- 88 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - Puşkin küç. – 28 May küç – R.Behbudov küç. xətti ilə təşkil ediləcək;

- 125 nömrəli marşrut avtobuslarının hərəkəti “Lökbatan” NMM - Bayraq meydanı – M.Useynov küç. - 20-ci sahə xətti ilə təşkil ediləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   marşrut  





Xəbər lenti