4 iyul hay vəhşiliyinin arxasındakı gizlinlər – Sahib Alıyev yazır

4 iyul hay vəhşiliyinin arxasındakı gizlinlər – Sahib Alıyev yazır
  07 İyul 2017    Oxunub:7591
Minsk qrupu həmsədrləri balaca Zəhrayla nənəsinin qətli və bir qadının da yaralanmasıyla nəticələnən 4 iyul hay vəhşiliyilə bağlı yeni bəyanat yayıb. Bu, həmsədrlərin olaydan bir gün sonra yaydıqları, adekvatlıqdan və ədalətdən uzaq ilk bəyanatlarından xeyli fərqlənir. Onlar hayların 4 iyul vəhşiliyini bu dəfə "gözlənilən sülh danışıqlarını pozmağa yönəldilmiş təxribat" kimi qiymətləndirirlər.
Bəli, bu, təxribat idi. Amma təkcə hay təxribatı deyildi. Haylara öz vəhşiliklərini bir daha sərgiləmək üçün törədilməsinə izin verilən təxribat idi.

Bu təxribatın niyə baş verdiyi ABŞ-dakı səfirimiz Elin Süleymanovun həmin ölkənin aparıcı qəzetlərində yer alan açıqlamasında detallara varılmadan öz əksini tapıb. O, bildirir ki, bu təxribat həm də regional əməkdaşlığın gücləndirlməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi yönündə Azərbaycanın səylərinə Ermənistanın reaksiyasıdır. Ancaq təkcə forpoststanınmı?

Xatırladım ki, olayın səhəri günü İTV-də efirə gedən "Aktual söhbət" verilişində 4 iyul təxribatının arxasında duran səbəblərdən danışarkən bəndəniz də bu məsələni qabartmışdı.

Belə görünür ki, Azərbaycanın öz milli maraqlarına xidmət edən siyasəti, ermənilərə işləyən (“işlədilən” desək, bəlkə də daha doğru olardı) satqınlar şəbəkəsinin peşəkarlıqla aşkarlanması və zərərsizləşdirlməsi, torpaqlarının işğaldan təmizlənməsinin məhz daxili işimizin olduğunun aprel döyüşləri, Cocuq Mərcanlıya qayıdış, habelə digər faktlarla göstərilməsi, reallaşdırılan yeni enerji və nəqliyyat layihələri bəzi çevrələri möhkəm qıcıqlandırır. Bu yöndə atılan uğurlu addımlardan biri də elə cənab Prezidentin həm seçilmiş vaxt, həm də bağlanan anlaşmalar baxımından son dərəcə önəmli olan Polşa səfəri idi. O səfər ki, başa çatmasından heç bir həftə keçməmiş bu vəhşi təxribat baş verdi.

Xatırladaq ki, səfər zamanı imzalanan strateji tərəfdaşlıq haqda bəyannamədə Polşanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllini dəstəklədiyi vurğulanır. Səfərin seçilmiş vaxt baxımından önəmliliyindən danışarkən nəyi nəzərdə tutduğumuzu bilmək üçün Poşlanın dövlət başççısı Andjey Dudanın bu açıqlamasına diqqət yetirmək bəs edir: "Bir çox strateji məsələlərə gəldikdə, cənab Prezidentin tutduğu mövqe mənim fikirlərimlə üst-üstə düşür. Biz bundan çox məmnunuq. Cənab Prezident, Sizə təşəkkür edirəm ki, fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi".

Azərbaycan Prezidentinin Polşaya səfərinin Donald Trampın ora səfəri ərəfəsində reallaşdırlması fikrimcə, hərtərfli düşünülmüş addım idi. Cənab Trampın Varşavada "üç dəniz" ölkələrinin zirvə toplantısında səsləndirdiyi fikirlərdən aydın görünür ki, Amerika Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Və orada bir saylı enerji oyunçusu olaraq Vaşinqton özünü görsə də, Azərbaycana da önəmli yer ayrılır. Ən azanıdan "üç dəniz" təşəbbüsünə qoşulan 10-dan artıq ölkənin enerji bazarına yanaşmada bu dediklərimiz keçərlidir.

Sözü gedən bazarda Amerikanın maye qazıyla Azərbaycan qazı bir-birinə rəqib layihələr deyil, bir-birini tamamlayan, Avropanı bir istehsalçının inhisarından qurtaran, onun enerji təhlükəsizliyinə böyük töhfə verən layihələr kimi görülür və görünür. Orasını da vurğulayaq ki, Amerika qazının Avropa istehlakçılarına çatdırılacağı mərkəz Adriatik dənizində yaradılır. Azərbaycan qazının da bir hissəsinin məhz eyni habdan paylaşdırlacağı gözlənilir. Bu, İtaliyada TAP-a qarşı piketlər təşkil edən çevrələri təbii ki, qıcıqlandırır.

Ola bilsin ki, piketin təşkilində haylar da maliyyə ayırır, məsələn Rusiyadakı “Taşir” qrupunun yiyəsi Samvel Karapetyan, yaxud da ki Ara Abramyan. Ancaq bu maliyyəni onların öz təşəbbüsləriylə ayırdığına inansa, sadəlöhvlər inana bilər. Zəhrayla nənəsinin qətlə yetililmələrindən bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin bu olayı qətiyyətlə pisləmək əvəzinə erməni kökənli vətəndaşlarının Azərbayana buraxılmamalıryla bağlı nota verməsinə də eynən.

Azərbaycanın erməni kökənli Rusiya vətəndaşlarını ölkəyə buraxmaq istəməməsi heç də bizim həmən dövlətə olan yanaşmamızdan qaynaqlanmır. Əksinə biz Rusiyaya dostcasına yanaşmaqla yanaşı, oradan mümkün qədər çox turistin Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Rusiyanın Xarici İşlər Nazirliyində yaxşı bilirlər. Ancaq Rusiyanın Xarici İşlər Nazirliyində onu da yaxşı bilirlər ki, bir sıra hay kökənli vətəndaşları onlar rus soyadı daşıdıqları, hətta yüksək dövlət postları tutduqları halda belə iki ölkə arasındakı əməkdaşlığın ruhuna cavab verməyən, əlaqələrimizə kölgə salacaq hərəkətlər edə bilərlər və edirlər də. Elə Rusiya XİN-nin sözü gedən qərəzli notası da bunun örnəyi deyilmi?

Yeri gəlmişkən, bu nota sözü gedən nazirliyin rəsmi saytında “şərhlər” bölməsində yerləşdirldiyi halda 4 iyuldakı hay vəhşiliyinə xanım Zaxarovanın o qədər də aydın və adekvat olmayan bircümləlik reaksiyası “brifinq” bölməsində verilən çoxsaylı informasiyaların arasında itirilib-batırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü xanım Noertin açıqlmasında isə Zəhra və nənəsinin ölümündən təssüflənildiyi bildirilərək baş sağlığı verilir və münaqişənin beynəlxaq hüquq çərçivəsində həll edilməli olduğu vurğulanır ki, bu da olduqca önəmlidir. Burada onu da deyək ki, Amerikanın aparıcı qəzetlərində olayla bağlı gedən bir çox yazılar var ki, onlar da hərtərfliliyi və obyektivliyilə seçilirlər. Məsələn, Aleksandr Murisonun “Washington Times” qəzetindəki məqaləsində Ermənistanın yeni hərbi doktrinisanın məhz dinc adamların ölümünə hesablandığı və bu ölkənin hərbiçilərinin davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutduğu qeyd edilir.

Bütün bu faktlardan görünür ki, Amerikada 2 yaşlı Zəhrayla nənəsinin qətlinin niyə baş verdiyini və bunun arxasındakı geosiyasi niyyətin nə olduğunu anlayıblar. Anladıqları üçün də Minsk qrupu həmsədrlərinin olayla bağlı ikinci bəyanatları birincidən xeyli fərqlənir. 4 iyul olayının təxribat olması və gözlənilən danışıqları pozmağa yönəlməsi haqda cümlə ikinci bəyanata İstisna ertmirəm ki, məhz Birləşmiş Ştatların təkidylə salınıb.

Beləliklə, Azərbaycan diplomatiyasının, müxtəlif beynəlxalq tribunlarda hay vəhşiliyini kəskin tənqi edən parlamentarilərimizin fəaliyyəti, ən əsası da xalqın qətiyyətli mövqeyi öz işini gördü. Dünayın aparıcı media quruluşları baş vermiş hay vəhşiliyinə geniş yer ayırdılar.

Mən izləyirdim, olaydan dərhal sonra vətənpərvər bacı və qardaşlarımızın sosial şəbəkədəki paylaşmalarına, şərhlərinə bizim bəzi vecsizlər “elə özümüz deyib, özümüz eşidirk”, - deyərək dodaq büzürdülər, hətta bunu “demaqoqiya” adlandıranlar da vardı. Ancaq göründüyü kimi heç də özümüz deyib, özümüz eşitmədik. ABŞ, Almaniya, , Böyük Britaniya, İsrail, Fransa, Türkiyə mediasında bu haqda xeyli materiallar getdi. Hay vəhşiliyinə arzuladığımız qədər adekvat, obyektiv və operativ olmasa da, dünya reaksiya verdi. İşğalçı Ermənistan təxribatda və danışıqları pozmaqda suçlandırlıdı. Düzdür, bununla nə Zəhra balamızı, nə də onun nənəsini geri qaytara bilməyəcəyik. Ancaq bu reaksiya bizə onları qətlə yetirənlərə sarsıdıcı zərbə endirmək, ən əsası işğal altındakı torpaqlarımızı qaytarmaq üçün əlavə şanslar verir. Elə burada onu da bildirək ki, haylar dinc azərbaycanlıları atəşə tutan hərbiçilərindən daha birinin-Vazgen Martirosyanın da məhv edilmısi xəbərini təsdiqləyiblər. Davamı da olacaq təbii ki, və davamı işğalçı üçün apreldəkindən daha betər olacaq!

Bunun ən böyük göstəricisi bilirsinizmi nəydi? Zəhrayla nənəsinin ölümündən sonra verdiyimiz reaksilar. Bu reaksiyarda ağlayıb-sızlamaqdan çox düşməni birdəfəlik məhv etmək çağırışı və ən əsası da bizim bunu bacara biləcəyimizə güvən vardı. Bu son dərəcə önəmlidir.

Prezident Trampın Varşavadakı çıxışında mənim diqqətimi ən çox çəkən onun polşalı yepiskop Mixal Kozaldan sitat gətirdiyi bir cümlə idi: “Hərbi məğlubiyyətdən daha təhlükəlisi ruh düşkünlüyüdür”.

Hayların güclü havadarları ola bilər və var, ancaq bizdəki döyüşkən ruh onlarda yoxdur, heç vaxt da olmayıb. Əsas budur. Məhz həmən yenilməyən ruh uzun zaman əsarət altında yaşayan polşalılara yenidən baş qaldıraraq Avropanın önəmli dövlətini yaratdırdı. Məhz yenilmən, döyüşkən azərbaycanlı ruhu düşməni darmadağın etməkdə bizə ən böyük yardımçı olacaq. Ruhumuza qüvvət!



Teqlər: #Zəhra   #Alxanlı  





Xəbər lenti