Qəbələ, İsmayıllı, Şamaxı və Qobustanı 160 minə yaxın turist ziyarət edib
Ölkəmizdə zəngin turizm potensialı ilə seçilən bölgələrdən biri də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan rayonlardır. Bunu ildən-ilə bölgəyə artan tuirst səfərləri də sübut edir. Belə ki, 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-i yerli, 57 min 808 isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.
AzVision.az
Teqlər: İsmayıllı Şamaxı Qobustan Qəbələ