6 ayın dəhşətli statistikası: 315 ölü, 832 yaralı - (VİDEO)

6 ayın dəhşətli statistikası: 315 ölü, 832 yaralı - (VİDEO)
  15 İyul 2017    Oxunub:4666
2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3%) azalıb, həlak olanların sayı 11 nəfər (3,6%) artıb, yaralananların sayı isə 138 nəfər (14,2%) azalıb.



Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 84 nəfər həlak olub, 264 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 26 fakt (8%), 78 nəfər (22,8%) azalıb, həlak olanların sayı 11 nəfər (15,1 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 31,1%-i (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1%-i (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,5%-i (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 49%-ni (416) piyadaların vurulması təşkil edib, nəticədə 132 piyada həlak olub, 307 nəfər yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olub, 96 nəfər yaralanıb.

Qeyd olunub ki, Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Qəza   Ölüm  





Xəbər lenti