6 ayda 466 nəfər zəhərlənib - (VİDEO)

6 ayda 466 nəfər zəhərlənib  - (VİDEO)
  21 İyul 2017    Oxunub:3219
Cari ilin 6 ayı ərzində Kliniki Tibbi Mətkəzin 2-ci yoluxucu xəstəliklər şöbəsində qida zəhərlənməsi ilə 71 nəfər, kəskin mədə-bağırsaq iltihabı ilə 395 nəfər, botulizmlə 13 nəfər xəstə stasionar müalicə olub.

AzVision.az xəbər verir ki, bunu Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyib.
Onun sözlərinə görə, zəhərlənən şəxslərin 430-u Bakının müxtəlif rayonlarından, bölgələrdən isə 36 nəfər daxil olub: “Botulizmlə daxil olan xəstələrin 8-i Bakı şəhərində, 5-i Azərbaycanın digər rayonlarındandır. Keçən ilin 6 ayı ilə müqayisədə rəqəmlər aşağı enib".

Şöbə müdiri qeyd edib ki, zəhərlənmə ilə bağlı müraciət edənlər 18 yaşından yuxarı xəstələr olub: “Ən çox 20-45 yaş arasında olur. Bəzən ağılasığmaz zəhərlənmələr olur. Kiflənmiş qatıq, pendir və lavaşdan istifadə edirlər. Yəni yalnız qarpızdan zərəhlənmək demək düzgün deyil. Zəhərlənmə 12-24 saat arası ola bilər”.



Aytən Zəhra
AzVision.az



Teqlər: Zəhərlənmə  





Xəbər lenti