Azərbaycanda 709 nəfər hepatitə yoluxub - (VİDEO)

Azərbaycanda 709 nəfər hepatitə yoluxub - (VİDEO)
  28 İyul 2017    Oxunub:4199
Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 838 nəfər xəstə daxil olub. AzVision.az xəbər verir ki, bunu Mərkəzin Hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva deyib. Onun sözlərinə görə, onlardan 33 nəfəri ağır vəziyyətdə olub.
"Onlardan 129 nəfərində virus aşkarlanmayıb, 709 nəfərdə virus aşkarlanıb. Cəmi 7 nəfərdə Hepatit A ilə xəstələnmə qeydə alınıb. Miks infeksiyası üzrə hepatit B+D ilə 9 nəfər, hepatit B+ C üzrə 20 nəfər qeydiyyata alınıb. Xəstəlik 55% kişilər, 45% qadınlarda aşkar edilib. Qeyd olunub ki, müxtəlif yaş qruplarında bu virus aşkarlanır".

Z.Tağıyeva qeyd edib ki, orqanizmdə virusun aşkarlanması üçün ZPR-zəncvirvari polimeraza reaksiyası müayinəsi aparılır. Onun sözlərinə görə, 364 nəfər ZPR analizi olunub. Komissiya üzvü qeyd edib ki, rayonlar üzrə Ağcabədi, Kürdəmir, Yevlaxdan komissiyaya daha çox müraciətlər daxil olur. O qeyd edib ki, Gəncə, Naxçıvan, Mingəçevir kimi şəhərlərdə böyük xəstəxanalar olduğu üçün müvafiq müalicələr aparılır, ona görə ağır vəziyyətdə komissiyaya müraciətlər edilmir.



Aytən Zəhra
AzVision.az


Teqlər: Hepatit   xəstə  





Xəbər lenti