Bir gündə 3 ölkə ballistik raketi sınaqdan keçirib - (VİDEO)

Bir gündə 3 ölkə ballistik raketi sınaqdan keçirib - (VİDEO)
  29 İyul 2017    Oxunub:2950
Şimali Koreya ikinci qitələrarası ballistik raketini sınaqdan keçirib.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, ballistik raket sınaqlarının keçirilməsi əmrini verən ölkə lideri Kim Çen In raketlərin buraxılışını şəxsən komanda məntəqəsindən izləyib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3724,9 km təşkil edib. Ballistik raket sınaqdan uğurla keçib.



Raket Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

ABŞ və Cənubi Koreya KXDR-in ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq ballistik raketlərin təlim sınağını həyata keçiriblər. Təlim buraxılışlarında Cənubi Koreyanın “Xenmu-2” və ABŞ-ın ATACMS raketləri istifadə edilib.

AzVision.az



Teqlər: ABŞ   Koreya  





Xəbər lenti