24 nəfər ölüb, 115 nəfər xilas edilib - 46 günün nəticəsi - (VİDEO)

24 nəfər ölüb, 115 nəfər xilas edilib - 46 günün nəticəsi - (VİDEO)
  31 İyul 2017    Oxunub:2400
Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 24 nəfər suda boğularaq ölüb.AzVision.az Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, 46 gün ərzində 115 nəfər suda boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 11, Mingəçevirdə 8, Xaçmazda 2, Lənkəranda 2, Neftçalada 1, Şirvanda 4, Yevlaxda 2, Abşeronda 3 və Bakıda 72 batmaq təhlükəsi olan şəxsi xilas edib.

Həmçinin 10 iyul 2017-ci il tarixində günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Qusarda 1, Bərdədə 1, Abşeronda 4, Sabirabadda 1, Hacıqabulda 2, Bakıda 7, İmişlidə 1, Mingəçevirdə 1, Xızıda 1, Ağstafada 2, Qubada 1, Qazaxda 1, Saatlıda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.



Anar Kəlbiyev
AzVision.az



Teqlər: FHN   Çimərlik  





Xəbər lenti