Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir? - (VİDEO)

Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir? - (VİDEO)
  08 Avqust 2017    Oxunub:11030
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti stabildir.

Bu barədə AzVision.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Mahirə Quliyeva deyib.
O, bildirib ki, R.Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb.

“Dünən bizə daxil olanda vəziyyəti orta ağır idi. Təcili olaraq lazımi yardım göstərildi. Hazırda stasionar şəraitdə müalicəsini davam etdirir”.

Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.



Aytən Zəhra
AzVision.az


Teqlər: Tovuz   Xəstəxana  





Xəbər lenti