Tailand şahzadəsi Bakıda Tarix Muzeyində

Tailand şahzadəsi Bakıda Tarix Muzeyində
  15 Avqust 2017    Oxunub:2482
Azərbaycanda səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, muzeyin Elmi ekskursiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı, t.ü.f.d. Səidə Həmzəbəyova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib.

Şahzadə muzeyə özünün müəllifi olduğu “Gözəlliklər yolunda” (“Along the way of splendour”) kitabını hədiyyə verib.

Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.

AzVision.az


Teqlər: AMEA   Tailand  





Xəbər lenti