6 ayda 315 nəfər yol qəzasında ölüb - (VİDEO)

6 ayda 315 nəfər yol qəzasında ölüb - (VİDEO)
  16 Avqust 2017    Oxunub:2325
2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,0 faiz azalaraq 1147 nəfər olub.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onlardan 315-i həlak olub, 832-si isə yaralanıb. Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş verib, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bütün yol-nəqliyyat hadisələrinin 49,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-iyun aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 7,2 faiz artmış, 16,9 faiz və 15,7 faiz azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,7 faizini, yaralananların isə 73,9 faizini kişilər təşkil edib.

Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.



AzVision.az


Teqlər: Statistika-Komitəsi   Qəza  





Xəbər lenti