Azərbaycan Gürcüstana 22,1 milyon dollar sərmaye qoyub

Azərbaycan Gürcüstana 22,1 milyon dollar sərmaye qoyub
  11 Sentyabr 2013    Oxunub:1667
Azərbaycan 2013-cü ilin ikinci rübündə Gürcüstana 22,1 milyon dollar sərmaye qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Komitəsi məlumat verib. Məlumatda bildirilir ki, Gürcüstana sərmaye qoyan ölkələr arasında Azərbaycan 5-ci yerdədir.

Gürcüstana daha çox sərmaye qoyan ölkələrin siyahısını təqdim edirik:

1. Lüksemburq ( 121,1 milyon dollar)
2. Çin (79,4 milyon dollar)
3. Hollandiya (65 milyon dollar)
4. Türkiyə (38 milyon dollar)
5. ABŞ (1 9 milyon dollar)
6. Qazaxıstan (13,6 milyon dollar)
7. İsveçrə (9 milyon dollar)
8. Virciniya adaları (5,4 milyon dollar).

2013-cü ilin ikinci rübündə Gürcüstana qoyulan sərmayelərin 66,3 milyon dolları enerji, 59,1 milyon dolları sənaye, 46 milyon dolları nəqliyyat və informasiya, 38,6 milyon dolları tikinti, 13,1 milyon dolları isə maliyyə sektoruna aiddir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti