Baş prokuror vətəndaşları qəbul edib

Baş prokuror vətəndaşları qəbul edib
  13 Sentyabr 2013    Oxunub:1356
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov 2013-cü il sentyabrın 13-də Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror milli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Gün ərzində aparılmış qəbul zamanı Baş prokuror 60-dan artıq vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Daha sonra qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilib, vətəndaşların müraciətlərinə ciddiliklə baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.


Teqlər:





Xəbər lenti