Məhərrəmliyin vurduğu ziyan: “Alver dayanıb, işsiz qalmışıq” (VİDEO)

Məhərrəmliyin vurduğu ziyan: “Alver dayanıb, işsiz qalmışıq” (VİDEO)
  28 Sentyabr 2017    Oxunub:28559
Məhərrəmlik ayının gəlişi bir sıra peşə sahiblərinin işinə əməlli-başlı təsir edib. Onlar müştəri azlığından şikayətlənir, səbirsizliklə qadağalar ayının çıxmasını gözləyirlər.
Gül mağazalarında, gözəllik salonlarında, gəlinliklərin icarəyə verildiyi mağazalarda və şadlıq evlərində durğunluq yaşanır.

Əyləncə məclislərinin, toyların bu ayda təxirə salınması adları çəkilən obyektlərdə maddi çətinliklər yaradıb.

Gülçülükə məşğul olan Rauf Əliyevin sözlərinə görə, hazırda mağazada alış-veriş demək olar ki, dayanıb: “Əgər Məhərrəmliyə qədər az da olsa bazarlıq olurdusa, indi bu da yoxdur”.

Oxşar vəziyyətlə gəlinliklərin icarəyə verildiyi mağazalarda da qarşılaşdıq. Mağazaya baş çəkənlər növbəti ay üçün sifariş verib, gedirdilər.

Adi günlərdə işləri başlarından aşıb-daşan gözəllik salonlarının işçiləri Məhərrəmlik ayında siftə belə edə bilmirlər. Bir sözlə, Məhərrəmlik qadağalarına görə, onlarda müştəri qıtlığından əziyyət çəkirlər.

Taksi fəaliyyəti məşğul olan şəxslərin bəziləri işsizlikdən gileylənsə də, Məhərrəmlik ayını dini baxımdan əhəmiyyətli ay hesab edən sürücülərə də rast gəldik. Onların fikrincə,40 gün işsiz qalmaq olar, təki Allah qatında savab qazansınlar.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Məhərrəmlik  





Xəbər lenti