Düşmən 9 ayda atəşkəsi 29484 dəfə pozub -(VİDEO)

Düşmən 9 ayda atəşkəsi 29484 dəfə pozub -(VİDEO)
  03 Oktyabr 2017    Oxunub:2994
Cari ilin doqquz ayı ərzində erməni silahlı bölmələri atəşkəs rejimini 29 484 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəs daha çox avqust ayında pozulub.



Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda isə 3802 dəfə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

SilahlıQüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti