Hazırlıq sinifləri ilə bağlı yeni qaydalar hazırlanır
“Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək. Qaydalar hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.
Mikayıl Cabbarov qeyd edib ki, hazırlıq siniflərinin hansı universitetlərdə hansı ixtisaslar üzrə olacağına dair qərarlar növbəti mərhələdə veriləcək: “Bu gün üçün müvafiq mütəxəssislər Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə birgə bu istiqamətdə iş aparır. Müəyyən müddətdən sonra yekun qərar barədə ictimaiyyətə məlumat veriləcək” .
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Mikayıl-Cabbarov