Bakı metrosunda baş verən dəhşətli qəzadan 22 il ötür - (VİDEO)
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, terror aktı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşüb.
Mərhum prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib. Beləliklə, ilk dəfə 1967-ci ildə "Ginnesin rekordlar kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşüb.
Anar Kəlbiyev
AzVision.az