İrəvanda əsgərliyə getmək istəməyən tələbələr aksiya keçirir - (VİDEO)

İrəvanda əsgərliyə getmək istəməyən tələbələr aksiya keçirir - (VİDEO)
  10 Noyabr 2017    Oxunub:3722
Ermənistanın paytaxtı İrəvanda “Hərbi xidmət haqqında” yeni qanun layihəsinə qarşı etiraz edən tələbələrin aksiyası davam edir.
AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısına gələn tələbələr dərslərdə iştirak etməkdən imtina ediblər. “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “ Sıralarımızı daha da gücləndirməliyik. Parlament bu gün “Hərbi xidmət haqqında” yeni qanun layihəsini müzakirə edəcək. Biz bu müzakirədə iştirak etməliyik”.



Hazırda tələbələr İrəvan Dövlət Universitetinin bütün korpuslarından keçməklə yürüş edirlər. Aksiya artıq dörd gündür davam edir.

Qeyd edək ki, etiraz edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Görüşlər nəticəsiz qalıb.

Xatırladaq ki, Ermənistan parlamentinin birinci oxunuşda qəbul etdiyi “Hərbi xidmət haqqında” yeni qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   etiraz  





Xəbər lenti