Bakıda müəllimdən qeyri-adi dərs - VİDEO
V. Novruzov açıqlamasında bilərəkdən döşəməni lövhə olaraq seçdiyini deyir. O, bu dərsi lövhə üzərində izah etməyin mənasız olduğunu bildirir.
60 yaş ona dərsi fərqli üsulla izah etməyə mane olmur. Belə ki, aşağı əyilərək tabaşirlə şəkil çəkən müəllim vacib olanın dərsi şagirdlərə aşılamaq olduğunu deyir.
Valeh Novruzov şagirdlərə "Ay qa", "Ayə" kimi fərqli formalarda müraciət etməsinə də aydınlıq gətirib.
Qeyd edək ki, ötən il Valeh Novruzovun 2 tələbəsi 600-dən yuxarı nəticə göstərərək ödənişsiz əsaslarla ali məktəbə qəbul olunub.