Qəribə fətva: Ər arvadını internetlə boşaya bilər

Qəribə fətva: Ər arvadını internetlə boşaya bilər
  07 Dekabr 2017    Oxunub:8365
Kişi ilə qadın arasında dini nikah telefon, məktub, mesaj və internet vasitəsilə pozula bilər.
AzVision.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, virtual boşanma üz-üzə boşanma kimi etibarlıdır: “Kişi boşanmaq istədiyini sonradan inkar etməmilidir. Bundan əlavə şəxs məktub və ya mesajın həyat yoldaşından gəldiyindən əmin olmalıdır”.

Məlumatda qadının məktubu oxuduğu andan boşanmanın reallaşdığı vurğulanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nikah   Boşanma  





Xəbər lenti