Smartfonlardan ehtiyatlı olun

Smartfonlardan ehtiyatlı olun
  24 Sentyabr 2013    Oxunub:1259
Bu qurğulardan istifadə milyonlarla insanın gözlərində problem yaradıb
Bu gün smartfonlardan istifadə etməyən çox az insan var. Lakin həkimlər smartfonların gözlərə mənfi təsir etdiyini iddia edirlər. Boyük ekranlı smartfonlardan istifadə artıq milyonlarla insanın gözlərində problem yaradıb.

Tədqiqatlar göstərib ki, istifadəçilər kitab və qəzetləri üzdən 40 sm aralı tutduqları halda, smartfon və planşetlərin istifadəsində bu məsafə 18-30santimetrdir. Adi zəng və SMS funksiyalı mobil telefonlarla müqaisədə, istifadəçilər smartfonlardan gundə bir neçə saat daha çox istifadə edirlər.

Oftalmoloq Devid Allabamın sözlərinə görə 1997-ci ildə smartfonlar satışa çıxarıldıqdan göz xəstəlikləri 35 % artıb.

Mütəxəssislərin fikrincə on ilə bu göstərici 50%-ə çatacaq. 2033-cü ilə qədər dünyada əhalinin yarısı pis gömədən əziyyət çəkəcək.
Əvvələr mütəxəssislər smartfonların əl-qol oynaqları və onurğa sütunu üçün də zərərini qeyd etmişdilər. Smartfonlardan daim istifadə kürək və boyun agrılarına, uzunmüddətli və eyni tipli barmaq hərəkətləri isə oynaq və əzələlərin agrısına gətirib çıxarır.

S.Həsənova


Teqlər:  





Xəbər lenti