Heydər Əliyev prospektində hərəkət bərpa olundu

Heydər Əliyev prospektində hərəkət bərpa olundu
  25 Sentyabr 2013    Oxunub:1157
Bakıda Heydər Əliyev prospektində hərəkət tam bərpa olunub.
Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev qeyd edib ki, artıq prospektin əsas hissəsində kanalizasiya xətləri bərpa olunub, asfalt-beton örtüyü salınıb və həmin istiqamətdə hərəkət bərpa olunub.

Qeyd edək ki, sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu, sentyabr ayı üçün rekord göstəricidir. Ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

P.Mürsəliyev bundan əvvəl bildirmişdi ki, Heydər Əliyev prospektinin əsas hissəsində yaranan problem kanalizasiya xətlərindəki qəza ilə bağlı olub. ASC-nin mətbuat xidmətinin rəhbəri digər istiqamətdə körpüdə yaranan problemlə bağlı bildirib ki, orada üzlük daşlarının düşməsi faktı qeydə alınıb və həmin hissə də sabah təmir olunacaq.


Teqlər:  





Xəbər lenti