Milli qəhrəmanlara həsr olunan film çəkilib

Milli qəhrəmanlara həsr olunan film çəkilib
  26 Sentyabr 2013    Oxunub:1326
Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli- bədii filminin çəkilişləri başa çatıb.
Filmin rejissoru və prodüseri Elnur Əliyevin “AzVision.az”a verdiyi məlumata görə ekran əsəri Qazax rayonunun üç milli qəhrəmanı: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yoluna işıq salır. Qazax, Füzuli, Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor filmdə qəhrəmanların həyatlarının maraqlı kəsimlərinə daha artıq diqqət ayrıldığını bildirib.

Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. Məlumat üçün bildirək ki, “Qartal yuvası” rejissorun milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Belə ki, daha öncə o Gədəbəy rayonunun dörd milli qəhrəmanının şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”nı çəkib. E.Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülüb.



Teqlər:





Xəbər lenti