Siyəzəndə inthar hadisəsi

Siyəzəndə inthar hadisəsi
  28 Sentyabr 2013    Oxunub:1653
Krediti qaytara bilməyən Siyəzən sakini özünü kanala atıb
Siyəzən şəhər sakini Xalid Şadil oğlu Ömərov itkin düşüb. AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, Siyəzən şəhər Şəhriyar küçəsi 20 ünvanında yaşayan Xalid Ömərov bu gün səhər saatlarından evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxanda həyat yoldaşına "Tamara məni bağışla, özümü öldürəcəyəm" yazısı olan kağız qoyub.

Tamara xanım həyat yoldaşının yazdığı kağızı görən kimi, Siyəzən şəhər Polis Şöbəsinə müraciət edib. Siyəzən Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini Yüsif Ələsgərov verdiyi açıqlamada bildirib ki, Xalid Ömərovun intihar edəcəyi ilə bağlı məlumat səhər saat 6:30-da şöbəyə daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Samur-Abşeron kanalı yaxınlığında Xalid Ömərova məxsus olduğu ehtimal olunan ayaqqabılar tapılıb. Ehtimallara görə, Xalid Ömərov özünü Samur- Abşeron kanalına ataraq, intihar edib. Hələlik Xalid Ömərovun meyidi tapılmadığından, Siyəzən sakinin intihar edib öldüyü təsdiq edilməyib. Həyat yoldaşının dediyinə görə, Xalid Ömərovun borcu olduğu üçün özünə qəsd edib.

Belə ki, bankdan 3 min manat kredit götürən Siyəzən sakini krediti ödəyə bilməyib və banka borcu ikiqat artıb. Bu səbəbdən ürəyində problemlər yaranıb və bir dəfə də "infakt" keçirib.Vəziyyətin gündən-günə ağırlaşdığını görən Xalid Ömərov çıxış yolunu intihar etməkdə gördüyü ehtimal olunur.


Teqlər:





Xəbər lenti