Yenicə ana olan qadın intihar etdi

Yenicə ana olan qadın intihar etdi
  28 Sentyabr 2013    Oxunub:1188
Azərbaycanın Astara rayonunda intihar hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən rayonun Vaqadi kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Elnarə Mahmudova yaşadığı evin yaxınlığındakı meşə zolağında ağacdan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, E. Mahmudova bir neçə gün əvvəl övlad dünyaya gətirib.

Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. (Apa)




Teqlər:





Xəbər lenti