"Zeytun budağı" davam edir - 823 terrorçu məhv edilib (VİDEO)

"Zeytun budağı" davam edir - 823 terrorçu məhv edilib (VİDEO)
  03 Fevral 2018    Oxunub:3069
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf məhv edilib.



Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 823 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Afrin   TSQ   Suriya   Zeytun-budağı  





Xəbər lenti