Radikalların növbəti uğursuz mitinqi - FOTOLAR, VİDEO

Radikalların növbəti uğursuz mitinqi - FOTOLAR, VİDEO
  10 Mart 2018    Oxunub:47014
Bu gün Bakının “Məhsul” stadionunda müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat partiyasının birgə mitinqi keçirilib.

AzVision.az xəbər verir ki, saat 15:00-a təyin olunan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Mitinqin təşkilatçıları - Əli Kərimli və Arif Hacılı stadiona yarım saat gec gəliblər.
Günlərlə sosial şəbəkələrdə edilən çağırışlara baxmayaraq, “Məhsul” stadionuna 1500-ə yaxın adam toplaşmışdı. Mitinq yeni heç nə ilə yadda qalmadı. Bundan əvvəlki aksiyalarda olduğu kimi şablon, şər-böhtan üzərində qurulan çıxışlar səsləndikdən sonra radikalların növbəti yığıncağının başa çatdığı elan edildi.



Budəfəki mitinqə qatılanlar arasında saxta mühacir statusu almaq üçün selfi çəkənlərə də rast gəlmək olardı. Ümumilikdə isə 10 mart mitinqi gözlənildiyi kimi uğursuz alındı.

Qeyd edək ki, Milli Şura və Müsavatın birgə mitinqi müxalifətin digər partiyaları tərəfindən boykot edilmişdi.



























Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Milli-Şura   Mitinq   Müsavat  





Xəbər lenti