İki milyard yarımlıq maşın yandı -VİDEO

İki milyard yarımlıq maşın yandı -VİDEO
  06 Oktyabr 2013    Oxunub:9326
Vaşinqton küçələrinin birində dünyanın ən uğurlu elektromobili sayılan `Tesla Model S` maşını alışaraq yanıb.
Maşının yiyəsi xoşbəxtlikdən zərər çəkməyib, amma, maşın kül olaraq yanıb. Şahidlərin sözlərinə görə maşın döngədə sadəcə hansısa metal qırıntısının üstündən keçib və saniyə keçmiyib ki, maşın alışmağa başlayıb. Elə alışıb ki, bir neşə saat maşını söndürmək olmuyub. Məsələ yanğına həssas litiumdan olan elektrik saxlayıcısının alışması ilə izah olunur. Saxlayıcı elektromobilin aşağı hissəsində yer alır. Bu material alışanda onu suyla söndürmək əbəs zəhmətdir. Həmin an edə biləcəyin yeganə şey maşından çıxaraq, avtomobilinin gözünün qabağında yanıb qurtarmasın gözləməkdir.

AzVsison.az "Rossiya 24"-ə istinadən xəbər verir ki, hadisədən dərhal sonra Tesla Motorsun aksiyaları 10 faiz aşağı düşüb. Dünyanın ən `təhlükəsiz` maşını statusun alan `Tesla Model S` şirkətə iki milyard yarım dollara başa gəlib.




Teqlər:





Xəbər lenti