Turistləri “aldadan” taksi sürücüləri: “Vallah, 3 manat verirlər...” - VİDEO
"İndiyə qədər kimsə kimisə artıq qiymətə aparmayıb. İstər xarici, istərsə də yerli sakinlər olsun. Hər yerin öz qiyməti var. Buradan “Qaqarin” körpüsünə 3 manatdırsa ,deyirik 3 manat ver. Bunun 6 manat olduğunu mən necə deyə bilərəm?!"- sürücülərdən biri deyib.
Yaranmış vəziyyətə görə turizm şirkətlərini qınayan sürücülər də var.
Taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakini: “Neçə ildir ki, mən burada işləyirəm, xarici vətəndaşlar bizim maşına həftədə bir dəfə minər, ya yox. Onları mindirən də, aparan da turizm şirkətidir, onlar da məsələni yaxşı bilirlər. Bütün mehmanxanalarda menyuda yazılıb ki, şəhər içi neçəyə aparılır. Siz özünüz fikirləşin, o məbləğdə pulu bizə verərlər? Yerli vətəndaş çörək pul verir, nəinki xarici turistlər”.
Həmsöhbət olduğumuz digər taksi sürücüsü turistləri aldatmadığını deyib:
“İndi hansı dövrdür. Hamı getdiyi yolun qiymətini yaxşı bilir. Sadəcə bəzi otel və restoranların turistlərdən aldığı baha qiymətləri sürücülərin üstünə yazırlar. Sürücülər sadə vətəndaşlardır. İmkansız şəxslərdir. Hərəsi icarəyə maşın alıb balalarına bir tikə çörək aparır. Otel və restoranlarda turisti necə yükləyirlərsə, onlar Azərbaycana gəlməmək üçün tövbə edirlər. Bura gələn adam ziyalı, savadlı vəzifəli olur. Hər yerin kilometri bizim küçələrdə və naviqatorlarda yazılıb. Bura korlar şəhəri deyil ki, durub vətəndaşı aldada biləsən”.
Sürücülər nəinki qiymətdən, həmçinin bəzi turitlərin özlərini apara bilmədiyindən gileylənib:
“Hamısı yalan söhbətdir. Otellərdə öyrədirlər ki, 3 manatdan artıq vermə. Mənə deyirlər ki, 3 manata apara bilərsən? Bəzi ərəblər çox mədəniyyətsiz, qabiliyyətsiz olur. Şəxsən özüm onları neçə dəfə yol getdiyim yerdə maşından düşürtmüşəm. Yeməyi yeyib maşına atırlar. Ayaqlarını şüşəyə qaldırıb qoyurlar”.
Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az